Mərab Dvalişvili: Umar Nurmaqomedov da davada iştirak edib


Gürcüstanlı UFC döyüşçüsü Mərab Dvalişvili ötən yay baş vermiş insident barədə danışıb. O bildirib ki, davada Umar Nurmaqomedov da iştirak edib və onun gənc dostu hər iki qardaşa qarşı vuruşub.
Offsideplus.az xəbər verir ki, Dvalişvili bu barədə belə deyib: "Bu, çox gülməlidir. Mənim 21 yaşlı gürcü güləşçi dostum yanımda idi və o, həm Usman, həm də Umar Nurmaqomedova qarşı döyüşdü. O dedi: 'Mən MMA-ya keçirəm. Əgər onlar ikisi birlikdə mənə ancaq bunu edə bilirlərsə, deməli, mən mütləq bacaracağam'. Sonra o, başqa oğlanlarla da dalaşdı. Mühafizəçilər məni saxlayırdı, onlar isə bizi döyüb təpikləyirdilər. Bu nədir axı? Həyat gözəldir".
Qeyd edək ki, ötən ilin 10 iyununda Gürcüstanda RAF turnirindən əvvəl Dvalişvili ilə Əhməd Hacıməmmədov arasında mübahisə yaşanıb. Hacıməmmədov Dvalişvilidən soruşub ki, niyə Umar barədə neqativ fikirlər səsləndirir. Dvalişvili isə cavabında onu vurub. Dvalişvili daha sonra bildirib ki, Usman Nurmaqomedov və dostları tərəfindən döyülüb və bu barədə qan içində olan videosunu yayıb.
