Məleykə Abbaszadə BDU-da kollektivə təqdim olunub


SİYASƏT
19 Noyabr 2026 | 16:56 | Müəllif: Əli Hüseynov
Bakı Dövlət Universitetinə (BDU) rektor təyin edilən Məleykə Abbaszadə kollektivə təqdim olunub.
Bakıvaxtı.az-ın məlumatına görə, yeni rektoru kollektivə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Qeyd edək ki, bu gun Prezident İlham Əliyevin sərəncamı ilə Elçin Səfəralı oğlu Babayev BDU-nun rektoru vəzifəsindən azad edilib. Dövlət başçısının digər sərəncamı ilə Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək BDU-nun rektoru təyin edilib.
Dərc vaxtına görə
