Mehman Əşrəfovun paytaxt klubuna keçidi baş tutmadı


Ötən həftə "Səbail" klubuna mətbuat sözçüsü təyin olunduğu haqda məlumat yayılan idman jurnalisti Mehman Əşrəfovun I Liqa təmsilçisinə keçidi baş tutmayıb.
Bunu Fanat.Az-a həmkarımız özü bildirib.
Media və Marketinq departamentinin rəhbəri postuna keçidi ilə bağlı tərəflər razılığa gələ bilməyiblər.
Mehman Əşrəfov buna qədər "Qarabağ" klubu və AFFA-nın mətbuat xidmətlərində çalışıb. Əşrəfov, eyni zamanda, Vətən müharibəsi iştirakçısıdır.
Mirağa
