Məhkəmədən qayıdan 89 yaşlı kişini maşın vuraraq öldürdü - Video


Salyan rayonunda avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qırxçıraq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Cəlilabad rayon sakini, 1937-ci il təvəllüdlü Allahverən Əliyev yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Mərhumun Şirvan şəhərindən məhkəmədən qayıtdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
İqbal Ziya
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/hadise/mehke…
Qaynar xətt:
(055) 224 12 12
Dərc vaxtına görə
