Məhəmməd Salah Misir millisinin tarixində ən məhsuldar oyunçu oldu


Məhəmməd Salah Misir yığmasının bombardirlik rekordunu yeniləyib.
Offsideplus.az xəbər verir ki, hücumçu Malavi ilə qarşılaşmada dubl edərək milli komanda ilə qol sayını 70-ə çatdırıb. Bununla da Salah əvvəlki rekordçu Hossam Hassanı (69 qol) geridə qoyub. Qeyd edək ki, Salah bu nailiyyətə 123 oyunda, Hossam Hassa isə 176 matçda imza atıb.
1 mənbə
