"Medolis Pharma" MMC-nin vergi borcu yaranıb


Paytaxtın Yasamal rayonunda hüquqi qeydiyyatda olan "Medolis Pharma" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə vergi borcu var.
32gun.az-ın əldə etdiyi xəbərə görə, şirkətin hazırkı vergi borcu 15.745,76 AZN (15,7 min manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsən Məcidov küçəsi, ev 14, mənzil 4 ünvanında hüquqi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 10 AZN, qanuni təmsilçisi isə Mehman Mustafa oğlu Əliyevdir.
Ayaz
