Media subyektləri və jurnalistlər üçün müsabiqə qaydaları yenilənib


40 mənbə əsasında
Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və jurnalistlər üçün keçirilən müsabiqələrin qaydalarına mühüm yeniliklər tətbiq olunub. Qurumun şöbə müdiri Natiq Məmmədlinin verdiyi məlumata görə, dəyişikliklər rəqəmsal transformasiyanı, sosial şəbəkələrin artan rolunu və media məzmununun geniş auditoriyaya çatdırılması zərurətini əhatə edir. Yeni qaydalar media subyektlərinin inkişafına, iqtisadi müstəqilliyinə və jurnalistlərin fərdi yaradıcılıq bacarıqlarının artırılmasına xidmət edir. Bu yeniliklər rəqəmsal mühitdə auditoriyaya təsir imkanlarının genişləndirilməsini hədəfləyir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Media subyektləri və jurnalistlər üçün müsabiqənin qaydaları dəyişir - MÜSAHİBƏ
Azərbaycan Respublikası Media və Yayım Şurası tərəfindən media subyektləri və media nümayəndələri üçün keçirilən müsabiqələrin qaydalarına əhəmiyyətli yeniliklər edilib. Bakıvaxtı.az xəbər verir ki, şuranın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli yeni qaydalarla bağlı apa-nın suallarını cavablandırıb - Media subyektləri üçün müsabiqənin qaydalarına edilmiş yeniliklər kifayət qədər prinsipial əhəmiyyət daşıyır. Onlayn media subyektlərinə şamil edilən yeni qaydalardan başlayaq. - Bildiyiniz kimi, media subyektləri üçün müsabiqənin məqsədi onların inkişafına, iqtisadi müstəqilliyinin gücləndirilməsinə və fəaliyyətinin təkmilləşdirilməsinə töhfə verməkdir. Fərdi jurnalist müsabiqəsi isə jurnalistlərin peşəkarlığının artırılmasına və fərdi yaradıcılıq bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaq məqsədi daşıyır. Rəqəmsallaşma informasiyanın yayılma sürətini artırmaqla yanaşı, onun məzmununa və təqdimat formasına da ciddi təsir göstərir. Sosial şəbəkə platformalarının insanların gündəlik həyatında rolu artdıqca medianın bu platformalarda fəal iştirakı daha böyük əhəmiyyət kəsb edir. Bu dəyişiklikləri nəzərə alaraq, həm jurnalistlərin peşəkarlığının artırılmasını, həm də medianın rəqəmsal mühitdə auditoriyaya çatmaq və ona təsir göstərmək imkanlarının genişləndirilməsini əsas hədəflərimiz kimi müəyyən etmişik. Müsabiqələrdə yeni yanaşma məhz rəqəmsal transformasiyanı, sosial şəbəkələrin artan rolunu və media məzmununun daha geniş auditoriyaya çatdırılması zərurətini əsas götürərək tətbiq olunur. Konkret onlayn media subyektlərinə gəlincə, onların yekun qiymətləndirilməsi üç əsas komponent üzrə aparılacaq: ümumi balın 50 faizini ekspert qiymətləndirməsi, 25 faizini veb-saytın səhifə baxışları (“pageviews”), qalan 25 faizini isə sosial şəbəkə göstəriciləri təşkil edəcək. Artıq sosial şəbəkə aktivliyi ümumi bir üstünlük kimi deyil, ayrıca və ölçülə bilən qiymətləndirmə mexanizmi əsasında nəzərə alınacaq. Bu zaman “X”, “Instagram”, “TikTok
Tam oxu Bakivaxti.az saytındaDərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Media subyektləri və jurnalistlər üçün müsabiqənin qaydaları dəyişir - MÜSAHİBƏ