Mədəaltı vəzi xərçəngi ilə bağlı yeni müalicə tətbiq olunur


Mədəaltı vəzi xərçəngi müalicəsi çətin olduğu bilinən bir xəstəlikdir və Böyük Britaniyadakı bütün ümumi xərçəng növləri arasında ən aşağı sağ qalma nisbətinə malikdir. Kimyaterapiya şişləri bir az kiçiltsə də, xərçəng tez-tez yenidən böyüyür.
İrəliləmiş xəstəliyi olan xəstələrin əksəriyyəti illərlə deyil, aylarla yaşayır.
Həkimlər ümid edirlər ki, yeni müalicə xərçəngin qarşısını birdəfəlik ala bilməsə belə, xəstələrə daha çox vaxt verə bilər.
Sınaq xəstələri orta hesabla bir il yarım ərzində izləyib və bəzilərində bu müddət ərzində xərçəngin geri qayıtması müşahidə edilməyib.
Bu xərçənglərdən hər hansı birinin remissiyaya düşə biləcəyini və nə qədər müddətə davam edəcəyini anlamaq üçün daha uzun tədqiqatlar aparmaq lazımdır.
Xəstələrin 90%-də şişlərin böyüməsi dayanıb,xəstələrin yalnız 60%-dən birində şişlərin kiçildiyini və ya yox olduğunu görüb, xəstələrin təxminən 8%-ində və ya hər 12-dən birində şişlər KT müayinəsində aşkarlanmayan hala gəlib.
Sınaqdan sonra mədəaltı vəzi xərçəngi həblərinə böyük ümid şişlərin yox olmasına səbəb olub.
Mütəxəssislər bunu onilliklər ərzində mədəaltı vəzi xərçənginin müalicəsində ən böyük irəliləyiş adlandırırlar. Erkən tibbi sınaqlarda kimyaterapiya ilə yanaşı daraxonrasib verilən hər 12 xəstədən birində xərçəng müayinələrdə aşkarlanmayıb.
Bu yaxınlarda bədənin digər hissələrinə yayılmış inkişaf etmiş mədəaltı vəzi xərçəngi diaqnozu qoyulmuş 61 iştirakçının demək olar ki, hamısında şişlərin böyüməsi dayanıb.
"Cancer Research UK" təşkilatı bunu mədəaltı vəzi xərçəngindən əziyyət çəkən xəstələr üçün son onilliklərdə atılan ən böyük irəliləyiş addımı adlandırıb.
Xeyriyyə təşkilatından doktor Sem Qodfri "BBC News"a bildirib ki, əldə olunan nəticələr son dərəcə həyəcanvericidir. "Bu yeni dərman elə bir nailiyyətə imza atıb ki, əvvəllər müalicəsi mümkün olmayan xəstəliklərə qarşı mübarizə yolu tapılıb.Nəhayət, çoxdan gözlənilən irəliləyişi mədəaltı vəzi xərçəngi sahəsində müşahidə edirik", – deyə o bildirib.
Dr. Qodfri deyib: “Ümid edirəm ki, mədəaltı vəzi xərçəngində görməyə başladığımız erkən uğur digər xərçəng növlərinə də tətbiq oluna bilər”.
O, daha uzun sınaqların və nəticələrin vacib olduğunu söyləyib. Xərçəng yenidən yarana bilər və hətta müayinələr heç bir əlamət göstərməsə belə daha çox vaxt keçənə qədər xərçəngdən azad olduğunuzu bilməyəcəksiniz.
"Cancer Research UK" təşkilatının məlumatına görə, Britaniyada hər il bu xəstəliklə bağlı 11 500 diaqnoz qoyulur və təxminən 10 200 ölüm halı baş verir.
Simptomlara sarılıq, dərinin qaşınması, sidiyin tündləşməsi, nəcisin rənginin açılması, səbəbi bilinməyən çəki itkisi, yorğunluq və yüksək hərarət daxil ola bilər.
Əsmər QARDAŞXANOVA,
“Azərbaycan”
