Mbappedən Arda Gülerə: "Təşəkkür edirəm, bu gecə daha rahat yatacağam" - Foto


Fransalı futbolçu Kilian Mbappe Arda Gülerin "Real Madrid"lə müqaviləsini 2032-ci ilədək uzatması ilə bağlı paylaşımına maraqlı reaksiya verib.
Oxu.Az xəbər verir ki, Madrid klubunun hücumçusu türkiyəli komanda yoldaşının paylaşımına belə şərh yazıb: "Təşəkkür edirəm, bu gecə daha rahat yatacağam".
Mbappenin bu sözləri azarkeşlərin diqqətini çəkib.
Qeyd edək ki, Arda Güler 2023-cü ilin yayından "Real Madrid"də çıxış edir. 21 yaşlı yarımmüdafiəçi Madrid klubu ilə müqaviləsini 2032-ci ilədək uzadıb.
Xəbər maraqlı gəlib? Sosial şəbəkələrdə paylaşın
oxu.az/idman/mbappe…
Qaynar xətt:
(055) 224 12 12
1 mənbə
