Mbappe Zidana görə mövqeyinin dəyişdirilməsindən narazı qalıb


Fransa millisinin hücumçusu Kilian Mbappe ilə baş məşqçi Zinəddin Zidan arasında münasibətlər gərgin olaraq qalır.
Offsideplus.az xəbər verir ki, L’Equipe-in məlumatına görə, Mbappe sentyabr toplanışında Zidanın onu Türkiyə ilə oyunda sol cinahda oynatmasından narazı qalıb. Həmin qarşılaşmada mərkəz hücumçusu mövqeyində Usman Dembele çıxış edib və Fransa 1:0 hesabı ilə qalib gəlib.
Mənbənin iddiasına görə, sentyabr toplanışı zamanı Mbappe və Zidan arasında demək olar ki, heç bir ünsiyyət olmayıb. Həmin toplanışı Mbappe dizindəki zədə səbəbindən vaxtından əvvəl tərk edib.
