Amerikalı müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə ailə qurub


8 mənbə əsasında
Məşhur amerikalı müğənni Mayli Sayrus musiqiçi Maks Morando ilə nikah masasına əyləşib. Toy mərasimi ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində yerləşən şəxsi mülkdə, yaxınların iştirakı ilə hovuz kənarında keçirilib. Mənbələrdə müğənninin yaşı və münasibətlərinin müddəti barədə fərqli məlumatlar qeyd olunub. Cütlük 2021-ci ildən münasibətdə olub və sonradan nişanlanıb. Bu nikah Mayli Sayrusun ikinci evliliyidir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Mayli Sayrus ərə getdi
Dünya şöhrətli müğənni Mayli Sayrus beş illik sevgilisi, təbilçi Maks Morando ilə ailə qurub. Adalet.az xəbər verir ki, cütlüyün toyu noyabrın 21-də ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində, yaxın ailə üzvlərinin iştirakı ilə baş tutub. Məlumata görə, 33 yaşlı müğənni və 28 yaşlı Liily rok qrupunun təbilçisi hovuz kənarında, ağ canlı güllərlə bəzədilmiş tağın altında bir-birlərinə sevgi andı içiblər. Mərasimdə Maylinin anası Tiş Sayrus və bacısı Noa da iştirak edib. Toydan əvvəl isə cütlük “M+M” adlı xüsusi menyunun təqdim olunduğu şam yeməyi təşkil edib. Qeyd edək ki, Mayli Sayrus və Maks Morando 2021-ci ilin sonlarından münasibətdədirlər. Maks müğənniyə düz bir il əvvəl Yaponiyanın Kioto şəhərinə romantik səfərləri zamanı evlilik təklifi edib. Bu, Maylinin ikinci evliliyidir. O, daha əvvəl aktyor Liam Hemsvortla ailəli olub. Cütlük 2020-ci ildə boşanıb.
Tam oxu Adalet.az saytındaDərc vaxtına görə