Maurisio Poçettino "Mançester Yunayted"ə keçməyə yaxındır


Maurisio Poçettinonun "Mançester Yunayted"in yeni baş məşqçisi təyin olunması ilə bağlı danışıqlar yekunlaşıb və tərəflər arasında tam razılıq əldə olunub.
Offsideplus.az xəbər verir ki, klubun rəhbərliyindən Avram Qleyzer keçirilən videozəng konfransına qoşularaq müqavilənin yekun şərtlərini təsdiqləyib və rəsmi razılıq verib.
Təcrübəli argentinalı mütəxəssisin yaxın vaxtlarda rəsmən təqdim olunacağı və komandanın sükanı arxasına keçəcəyi gözlənilir.
