Matvey Safonov oktyabrın ən yaxşı qurtarışına görə mükafat aldı


PSJ-nin qapıçısı Matvey Safonov Fransa Liqa 1-də oktyabr ayının ən yaxşı qurtarışı mükafatına layiq görülüb.
Offsideplus.az xəbər verir ki, rusiyalı qolkiper bu mükafatı "Strasburq"a qarşı keçirilən 7-ci tur oyununda Konrad Harderin başla vurduğu topu küncdən çıxardığı epizoda görə qazanıb. Həmin qarşılaşma PSJ-nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Cari mövsümdə Safonov 16 oyunda 17 qol buraxıb və 4 dəfə qapısını toxunulmaz saxlayıb.
