Mateus Reis özünü hazır hiss edir
1sport.az1Sport.az

ÇSKA”nın müdafiəçisi Mateus Reis zədəsini sağaltması barədə danışıb.
1Sport.az xəbər verir ki, braziliyalı futbolçu hazırda daha yaxşı fiziki vəziyyətdə olduğunu və komandasına kömək etməyə hazırlaşdığını vurğulayıb:
“Zədədən sonra formamı bərpa etmək üçün yaranan fasilədən yaxşı yararlandım. İndi özümü daha hazırlıqlı hiss edirəm. Mövsümün sonuna qədər keçiriləcək qarşılaşmalarda komandamın uğurlarına töhfə vermək istəyirəm”,
Qeyd edək ki, 31 yaşlı oyunçu cari mövsümdə 8 oyunda iştirak edib və 1 qolla fərqlənib.
