Maştağada yaşlı kişinin meyiti dostunun evində tapıldı


Bakıda evdən 58 yaşlı kişinin meyiti tapılıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində baş verib.
Dünən saat 14 radələrində Cəlilabad rayon sakini 1968-ci il təvəllüdlü Zakir Kərimovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı qəsəbədəki evlərdən birinin hamam otağında aşkar edilib.
Evin onun dostu A.Məmmədova məxsus olması bildirilib.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Dərc vaxtına görə
Metbuat.azoxuduğunuz
Maştağada yaşlı kişinin meyiti dostunun evində tapıldı
