Masallıda bir müəllim var...


18 Noyabr 2026 16:08
111
CƏMİYYƏT
Masallının Bağıroba kənd sakini Vəkil Ağayevin 87 yaşı var. O, ömrünün 52 ilini dil və ədəbiyyat müəllimi kimi şagirdlərin təhsilinə, təlim-tərbiyəsinə həsr edib.
Bu günlər rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov qocaman müəllimin qonağı olub, problemləri ilə maraqlanıb. O, Vəkil müəllimin fəaliyyətini, gənc nəslin maariflənməsi və tərbiyəsi üçün yarım əsrdən artıq bir müddət ərzində gördüyü işləri yüksək qiymətləndirib, ona cansağlığı arzulayıb. Vəkil müəllim bildirib ki, ağsaqqal müəllimlərə göstərilən diqqət və ehtiram milli-mənəvi dəyərlərimizin qorunması, müəllim əməyinə verilən qiymət və nəsillər arasında mənəvi bağlılığın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qocaman pedaqoq əməyinə verilən qiymətə, göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Seyran CAVADOV,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!
