Martin Zubimendi "Atletiko Madrid"ə transfer olacağı iddialarını yalanladı


"Arsenal"ın yarımmüdafiəçisi Martin Zubimendi yanvar transfer pəncərəsində "Atletiko Madrid"ə keçəcəyi və ya başqa bir kluba transfer olunacağı barədə yayılan xəbərlərə son qoyub.
Offsidelus.az xəbər verir ki, mətbuatda İspaniya klubunun futbolçu ilə maraqlandığı və hətta Xulian Alvarez ilə dəyişdirilə biləcəyi barədə şayiələr yayılsa da, Zubimendi bu iddiaları tamamilə təkzib edib.
"Marca"ya açıqlama verən 27 yaşlı futbolçu mətbuatda çıxan transfer xəbərlərindən təəccübləndiyini bildirib: "Açığı, bəzən mətbuatın bu xəbərləri məni də təəccübləndirir. Yanvar transfer pəncərəsinin yaxınlaşdığını və şayiələrin ortaya çıxa biləcəyini anlayıram, lakin yazılanlara bir az daha diqqətli yanaşmaq lazımdır. Hər kəsin oynadığı bir komanda var və buna hörmət etməliyik. Transferə çox yaxın olduğumu oxumuşam, lakin belə bir şey qətiyyən yoxdur."
Mövsümün əvvəlində əsas heyətdəki yerini itirməsinə baxmayaraq, Zubimendi "Arsenal"da qalıb yenidən əsas heyət uğrunda mübarizə aparmaq əzmindədir.
1 mənbə
