“Mançester Yunayted” Skott Maktomineyi geri qaytara bilər
Sportify.azHaşim Məmmədov


“Mançester Yunayted”in yetirməsi Skott Maktominey karyerasını yenidən İngiltərə klubunda davam etdirə bilər.
Sportify.az xəbər verir ki, şotlandiyalı yarımmüdafiəçinin İtaliya klubu “Napoli”dəki gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaranıb.
“TEAMtalk”ın yaydığı məlumata görə, hazırda Neapol təmsilçisi 29 yaşlı futbolçu ilə müqavilənin uzadılması istiqamətində danışıqlar aparmır. Maktomineyin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər qüvvədədir.
Mənbənin bildirdiyinə görə, futbolçunun nümayəndələri artıq onun üçün yeni klub axtarışına başlayıblar. “Mançester Yunayted” də Maktomineyin mümkün qayıdışı ilə bağlı məlumatlandırılıb.
