“Mançester Yunayted”in milyardlıq borcu açıqlandı


İngiltərənin “Mançester Yunayted” klubu ciddi maliyyə yükü ilə üzləşib.
Xitab24.az xəbər verir ki, klubun ümumi borc və ödənilməmiş maliyyə öhdəlikləri 1,4 milyard dolları ötüb.
Bu barədə klubun 2026-cı il noyabrın 19-da açıqladığı son maliyyə hesabatına qeyd olunub.
Hesabata əsasən, “Mançester Yunayted”in uzunmüddətli borcu 577 milyon funt sterlinqə çatıb. Klubun kredit xətti üzrə faizlərlə birlikdə 207 milyon funt sterlinq, digər maliyyə öhdəlikləri, əsasən də futbolçuların transferləri ilə bağlı ödənilməmiş məbləğ isə 332 milyon funt sterlinq təşkil edir.
Beləliklə, klubun ümumi borc və öhdəlikləri 1,1 milyard funt sterlinqi, yəni təxminən 1,4 milyard dolları ötüb.
“Mançester Yunayted”in maliyyə problemlərinin kökləri 2005-ci ildə Qleyzer ailəsinin klubu borc hesabına satın almasına gedib çıxır. Həmin vaxtadək klub borcsuz fəaliyyət göstərirdi.
Bundan başqa, 2026-cı ilin sentyabrınadək olan üç aylıq dövrdə klubun gəliri 146,1 milyon funt sterlinq, əməliyyat zərəri isə 3 milyon funt sterlinq olub. İşçilərin əməkhaqqı xərcləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz artaraq 79,9 milyon funt sterlinqə yüksəlib.
Qeyd edək ki, açıqlanan rəqəmlərə keçmiş baş məşqçi Maykl Kerrikin vəzifədən uzaqlaşdırılması və yeni çalışdırıcı Maurisio Poçettinonun təyinatı ilə bağlı kompensasiya xərcləri daxil edilməyib.
