“Mançester Yunayted” Dominik Kalvert-Lyuin transferindən məhrum qala bilər


“Mançester Yunayted” Dominik Kalvert-Lyuinlə müqavilə imzalamaq imkanını itirə bilər.
Offsideplus.az xəbər verir ki, 29 yaşlı hücumçu karyerasını “Lids Yunayted”də davam etdirmək istəyir.
“Lids” futbolçuya 2030-cu ilin yayına qədər “Elland Road”da qalmasını təmin edəcək yeni müqavilə təklif etməyə hazırlaşır.
Tərəflər yeni sözləşmənin imzalanması ilə bağlı ortaq mövqedədirlər. Danışıqların milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı sürətlənəcəyi gözlənilir.
1 mənbə
