"Mançester Yunayted"də yeni dövr başlayır


"Mançester Yunayted" Maykl Karriki baş məşqçi postundan kənarlaşdıracağı təqdirdə onu Maurisio Poçettino ilə əvəzləməyə hazırlaşır.
Offsideplus.az xəbər verir ki, Mançester təmsilçisi 54 yaşlı mütəxəssisin nümayəndələri ilə şəxsi müqavilə şərtlərini razılaşdırmaq üzrədir.
Klub rəhbərliyi hələlik Poçettinonun hazırda çalışdırdığı ABŞ milli komandası ilə rəsmi əlaqə saxlamasa da, Karriklə yolları ayırmaq barədə yekun qərar veriləcəyi təqdirdə keçidin rəsmiləşdirilməsi asan olacaq.
