Mağazadan oğurluğa cəhd edən qadınlar saxlanıldı


CƏMİYYƏT
20 Noyabr 2026 | 20:19 | Müəllif: Subhan Mahmudov
Bir neçə gün əvvəl metronun "Memar Əcəmi" stansiyası yaxınlığında yerləşən mağazalardan birindən oğurluq etməkdə şübhəli bilinən şəxslərin kimliyi məlum olub.
Bakıvaxtı.az-ın Oxu.az-a istinadən məlumatına görə, geyim mağazalarının birindən oğurluğa cəhd edilməsi ilə bağlı yayılan görüntülər araşdırılıb.
Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən iki qadın müəyyən olunaraq saxlanılıb. Hazırda araşdırma davam etdirilir.
Xatırladaq ki, satıcı onların hərəkətini gördükdə qadınlar "çantaya uşaq qoyub, bilməmişik" cavabını veriblər.
Dərc vaxtına görə
Bakivaxti.azoxuduğunuz
Mağazadan oğurluğa cəhd edən qadınlar saxlanıldı
