Luka Donçiç “Leykers”in son oyunlardakı konsentrasiyasından narazıdır
1sport.az1Sport.az


"Los-Anceles Leykers”in ulduz basketbolçusu Luka Donçiç komandanın son üç qarşılaşmadakı oyun konsentrasiyası barədə danışıb.
1Sport.az xəbər verir ki, sloveniyalı basketbolçu “Sakramento Kinqs”lə matçdan sonra mətbuat konfransında fikirlərini bölüşüb:
“Çox da yaxşı deyil. Bunun üzərində işləməliyik. Əvvəlki matçda qələbə qazanmalı idik, lakin bunu bacarmadıq. Digər iki oyunda isə qalib gəldik. Buna görə də oyunlara fərqli yanaşmağı öyrənməliyik”
Qeyd edək ki, “Los-Anceles Leykers” cari mövsümdə keçirdiyi 16 oyunun 13-də qələbə qazanıb, 3-də isə məğlub olub.