Lökbatan susuzluqdan əziyyət çəkir: “ADSEA suyu dəqiqə ilə verir, sakinləri isə hər gün aldadır!” – YENİLƏNİB


Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işləri ilə əlaqədar Səbail rayonunun bəzi ərazilərinin, Qaradağ rayonunun Lökbatan, Səngəçal, Ümüd, Sahil, Qızıldaş, Buta, Korgöz, Şanqar qəsəbələrinin, AZNS yaşayış massivinin içməli su təminatı 16 noyabr tarixində gün ərzində mərhələlərlə bərpa olunacaq.
Trendx.az xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
14:42
Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakinləri artıq 3 gündür içməli su problemindən əziyyət çəkirlər.
Trendx.az-ın qaynar xəttinə daxil olan şikayətə görə, sakinlər ADSEA-ya dəfələrlə müraciət etsələr də, hər dəfə “sabah su veriləcək” cavabı ilə yola salınırlar.
Sakinlərin sözlərinə görə, Lökbatanda su təchizatı o qədər məhduddur ki, suyu dəqiqələrlə verirlər. İnsanlar bir neçə dəqiqə ərzində gündəlik su ehtiyaclarını qarşılamağa məcbur qalırlar.
Bəs sakinlərin suya olan gündəlik tələbatı necə ödənilməlidir? Uşaqlar, yaşlılar və ailələr bu şəraitdə məişət ehtiyaclarını necə qarşılamalıdırlar?
Qeyd edək ki, Lökbatan sakinləri uzun illərdir su təchizatı ilə bağlı problemlər yaşayırlar. Suyun fasilələrlə və cəmi bir neçə dəqiqəlik verilməsi ciddi narazılığa səbəb olur.
Aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq.
© Trendx.az — materiallardan istifadə edərkən aktiv istinad mütləqdir.