Liviyada Rusiya gəmisinə hücum: 10 nəfər yaralandı


Liviyanın Benqazi şəhərindəki hərbi dəniz bazasında Rusiya gəmisində partlayış baş verib.
Xitab24.az Reuters agentliyinə istinadən xəbər verir ki, ilkin araşdırmalar hadisənin pilotsuz uçuş aparatı ilə hücum nəticəsində baş verdiyini göstərir. Partlayış zamanı 10 Rusiya və Liviya vətəndaşı yüngül xəsarət alıb.
Yerli hakimiyyət hadisə ilə bağlı araşdırmalara başlanıldığını, limanın fəaliyyətinin bərpa olunduğunu bildirib.