“Liverpul”un transferdə hədəfi bilindi
Futbolpress.azŞahin Cəfərov


“Liverpul” qış transfer dönəmində heyətini yeni yarımmüdafiəçi ilə gücləndirmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqa klubunda bu mövqeyə əsas namizəd “Monako”dan Lamin Kamaradır.
Mersisayd təmsilçisi qışda futbolçu üçün klubu ilə danışıqlara başlayacaq.
Kamara ötən yay “Çelsi”dən təklif alsa da, keçidə razılıq verməmişdi.
“Liverpul” çempionatda 10 turdan sonra 18 xalla 4-cü sıradadır.
