"Liverpul" Lamin transferində "Real Madrid"in önünə keçdi


"Liverpul" (Liverpool) "Monako"nun (Monaco) seneqallı yarımmüdafiəçisi Lamin Kamaranın (Lamine Camara) transferində rəqiblərini qabaqlayıb.
Fanat.Az xəbər verir ki, Mersisayd təmsilçisi 22 yaşlı futbolçunun nümayəndələri ilə danışıqlarda ciddi irəliləyiş əldə edib və şəxsi müqavilənin şərtləri üzrə razılaşmaya yaxınlaşıb.
Bu barədə "YahooSports" (Yahoo Sports) məlumat yayıb.
Kamara "Liverpul"un qış transfer pəncərəsində əsas hədəflərindən biri hesab olunur. İngiltərə klubu yarımmüdafiə xəttini gücləndirmək üçün seneqallı futbolçunun keçidini reallaşdırmaq istəyir.
"Monako"nun Kamara üçün təxminən 70 milyon avro tələb etdiyi bildirilir. Bununla yanaşı, futbolçuya "Real Madrid", "Çelsi" (Chelsea), "Mançester Yunayted" (Manchester United) və "Bayern Münhen" (Bayern München, Bayern Munich) kimi klubların da maraq göstərdiyi qeyd olunur.
"Liverpul"un hazırda transfer yarışında üstün mövqedə olduğu bildirilir. Lakin "Monako"nun müəyyən etdiyi qiymət transferin qarşısında əsas maneə olaraq qalır.
Əlisahib İbrahimli