Livanın bərpası ləngiyir – Dünya Bankından xəbərdarlıq


Livan son illərdə baş vermiş hərbi qarşıdurmalardan sonra dağıdılmış infrastrukturun bərpasında ciddi çətinliklərlə üzləşib.
Xitab24.az Associated Press agentliyinə istinadən xəbər verir ki, Dünya Bankının idarəedici direktoru Anna Byerde ölkədə yenidənqurma prosesinin gözləniləndən daha yavaş getdiyini bildirib.
Onun sözlərinə görə, Livan beynəlxalq yardım vəsaitlərindən bərpa işləri üçün səmərəli şəkildə istifadə etməkdə çətinlik çəkir.
Ölkədə son iki müharibənin vurduğu ziyanın aradan qaldırılması üçün genişmiqyaslı yenidənqurma tədbirlərinə ehtiyac var.
Dünya Bankı rəsmisinin açıqlaması Livanın iqtisadi və infrastruktur problemlərinin həllinin uzunmüddətli proses olacağını göstərir.