Lineker: "Pochettino 18 ay sonra hələ də 'Mançester Yunayted'də olsa, təəccüblənərəm"


İngiltərə millisinin sabiq hücumçusu Qari Lineker Maurisio Poçettinonun "Mançester Yunayted"də uzun müddət işləyəcəyinə inanmır.
Offsideplus.az xəbər verir ki, Lineker bu barədə The Rest is Football podkastında danışıb. O bildirib ki, "Mançester Yunayted" böyük ad və nüfuza malik klubdur, Poçettino isə orada ilk vaxtlar yaxşı nəticələr əldə edə bilər. Lakin Lineker hesab edir ki, zaman keçdikcə Poçettino klubdakı vəziyyətdən məyus olacaq və 18 ay sonra hələ də baş məşqçi postunda qalarsa, bu, onu təəccübləndirəcək.
Lineker vurğulayıb ki, "Mançester Yunayted"də daim baş məşqçi günahkar sayılır və klubda əsas problemlər rəhbərlik səviyyəsindədir: "Son 10 ildə orada neçə məşqçi dəyişib? On iki? Hamısı gedəndə deyir ki, klubda xaos hökm sürür".
1 mənbə
