“Lexus”la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu


18 Noyabr, 2026 - 21:48258
Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində şübhəli bilinən qadının kimliyi məlum olub.
KONKRET.az-ın oxua.az-a istinadən məlumatına görə, hadisə Bərdə rayonunun Saatlı kəndində baş verib. 1994-cü il təvəllüdlü Fərid Qasımovu avtomobillə vurmaqda şübhəli bilinən şəxs Aynur Həsənovadır.
O, idarə etdiyi “Lexus” markalı avtomobillə piyadanı vuraraq onun ölümünə səbəb olmaqda şübhəli bilinir.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Dərc vaxtına görə
Konkret.azoxuduğunuz
“Lexus”la piyadanı vurub öldürən qadının kimliyi məlum oldu