Leandro Paredes müsahibə zamanı huşunu itirib


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Argentinanın "Boka Xuniors" klubunun oyunçusu Leandro Paredes komandasının Cənubi Amerika Kubokunun finalında Braziliyanın "Atletiko Mineyro" klubuna qarşı qələbəsindən sonra müsahibə zamanı huşunu itirib.
"Report" "PaseClave" portalına istinadən xəbər verir ki, 32 yaşlı argentinalı huşunu itirdikdən sonra xəstəxanaya çatdırılıb.
Yerli medianın məlumatına görə, Paredes hələ matç zamanı başgicəllənməsindən şikayətlənib və 58-ci dəqiqədə əvəzlənməsini istəyib. Səhhətinin pisləşməsinə səbəb Kolumbiyanın Barrankilya şəhərindəki şiddətli isti fonunda təzyiqin aşağı düşməsi ola bilər. Daha sonra Paredes özünü yaxşı hiss etdiyini bildirib və azarkeşlərə dəstəyə görə təşəkkür edib.
Görüş noyabrın 22-nə keçən gecə Kolumbiyada keçirilib və Argentina klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Paredes meydana start heyətində çıxıb.
Dərc vaxtına görə
