Las Veqas-2026: Mətbuat konfranslarının cədvəli


Uik-endin tədbirləri yerli vaxtla həmişəkindən bir gün əvvəl keçiriləcək, bizdə isə artıq növbəti günün səhəri olacaq.
18 Noyabr 2026, 11:47
1236
Çərşənbə günü trasın mətbuat mərkəzini iki üçlüyə bölünmüş altı sürücü ziyarət edəcək. Birinci üçlükdə Ləns Stroll (Aston Martin), Valtteri Bottas (Cadillac) və Lando Norris (McLaren) yer alacaqlar. İkinci üçlükdə isə Niko Hülkenberq (Audi), Liam Louson (Racing Bulls) və Karlos Sayns (Williams) olacaqlar.
Cümə axşamı jurnalistlərin suallarını komanda rəhbərləri cavablandıracaqlar: Flavio Briatore (Alpine), Dən Tauriss (Cadillac) və Zak Braun (McLaren).
Cümə və şənbə günləri mətbuat mərkəzinə sıralanma turunun və yarışın yekunlarına əsasən ən yaxşı üç sürücü dəvət olunacaq.
