Laporta: "Barselona" həmişə cəsarətli və hücum futboluna üstünlük verir


"Barselona"nın prezidenti Joan Laporta klubun əsas hədəfləri barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Laporta komandanın hər zaman bütün titullar uğrunda mübarizə apardığını bildirib. O qeyd edib ki, bu gözlənti klubun tarixində və kimliyində dərin kök salıb. Laportanın sözlərinə görə, məqsəd La Liqa, Çempionlar Liqası və İspaniya Kubokunda sona qədər qələbə uğrunda döyüşməkdir. O əlavə edib ki, uğur yalnız titullarla ölçülmür, komandanın oyunu da böyük əhəmiyyət daşıyır. Laporta vurğulayıb ki, "Barselona"nın azarkeşləri və sosioları komandanın cəlbedici, hücumameyilli və cəsarətli futbol sərgiləməsi ilə fəxr etməlidirlər.
1 mənbə
