“LANDAU Lions” Slovakiya təmsilçisi ilə bacarmadı
1sport.az1Sport.az

“LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirib.
1Sport.az xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv yeddinci turda Slovakiyanın “Prievidza” klubu ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında təşkil olunan G qrupunun qarşılaşması saat 19:00-da başlayıb. Matç təmsilçimizin 97:93 məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “LANDAU Lions” əvvəlki altı oyunda yalnız bir qələbə qazanıb. Azərbaycan təmsilçisi yeddi xalla qrupda sonuncu - altıncı pillədə qərarlaşıb.
Report+1 mənbə