Lamin Yamal İngiltərə ilə oyunda meydana çıxa bilər


İspaniya millisinin cinah oyunçusu Lamin Yamalın İngiltərə ilə keçiriləcək Millətlər Liqasının qrup mərhələsi oyununda iştirak edə biləcəyi gözlənilir.
Offsideplus.az xəbər verir ki, 19 yaşlı futbolçu Çexiya ilə qarşılaşmanı (2:0) dizindəki zədə səbəbindən buraxıb. Baş məşqçi Luis de la Fuente bildirib ki, Yamal özünü yaxşı hiss edir və cümə günü komandaya qoşulmağa hazırdır. Onun sözlərinə görə, Mikel Oyarzabal da sağalıb və hər iki futbolçu İngiltərə ilə oyundan əvvəl milli komandanın düşərgəsində olacaq.
