Kürdəmirdə iki avtomobil toqquşub , xəsarət alanlar var


CƏMİYYƏT
198
16.11.2026, 22:57
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kürdəmirdə iki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb
Oxu24.com-un verdiyi məlumata görə , Kürdəmir rayonunun Çöhranlı kənd sakini, 1995-ci il təvəllüdlü Elçin Eynulla oğlu İbrahimovun idarə etdiyi "Nissan" markalı avtomobil Ağdaş şəhər sakini Anar İntiqam oğlu Cəfərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində həm sürücülər, həm də "Mercedes"in sərnişinləri - Gəncə şəhər sakinləri 2007-ci il təvəllüdlü Pərişan Vasif qızı Tağıyeva və 2025-ci il təvəllüdlü İlqar Vüqar oğlu Tağıyev xəsarət alıblar.
Məsələ ilə bağlı araşdırma aparılır.
Həmçinin oxuyun
Digər xəbərlər
Dərc vaxtına görə
