Kulusevski: "Əgər ağrılarla oynamağa məcbur olsam, bunu edəcəyəm"


İsveç millisinin və "Tottenhem"in yarımmüdafiəçisi Deyan Kulusevski uzun müddət davam edən zədəsi barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Kulusevski 2025-ci ilin mayında dizindən aldığı zədədən sonra ilk dəfə oktyabrda meydana çıxıb və bu müddət ərzində 526 gün yaşıl meydanlardan uzaq qalıb.
Futbolçu bildirib ki, bərpa prosesi zamanı həkimlərlə diz transplantasiyası ehtimalını müzakirə edib:
"Niyə sağalma bu qədər uzun çəkdi? Çünki bənzər zədədən sonra bərpa ola bilməyənlər də var. Əsas odur ki, qayıtmaq imkanı əldə etdiyimizə sevinək. Çoxları qığırdaq zədəsinə görə idmanı tərk edib. Biz lazım bildiyimiz addımı atdıq, amma nəticə vermədi. Sonra başqa bir əməliyyat keçirməli oldum. Hətta yayda həkimlərlə diz transplantasiyasını da müzakirə etdim. Bu, dizimi başqa bir adamın dizi ilə əvəz etmək demək idi. Amma imtina etdim və dedim: 'Əgər ağrılarla oynamağa məcbur olsam, bunu edəcəyəm'. Normal insan kimi yaşamağa və məşq etməyə çalışdım. Hər şeyin alınacağına inandım və indiyədək haqlı olduğumu görürəm".
Report+1 mənbə