Kukurelya: "Arda Güler oynayanda "Real Madrid" tam fərqli komanda olur"


İspaniya millisinin və "Real Madrid"in müdafiəçisi Mark Kukurelya Arda Gülerin Madrid klubuna təsirindən danışıb.
Offsideplus.az xəbər verir ki, Kukurelya türkiyəli yarımmüdafiəçinin son 6 oyunda 3 qol vurduğunu, 4 məhsuldar ötürmə verdiyini xatırladıb.
"Kölgədə qalan bir insandan danışmaq istəyirəm – Arda Gülerdən. O oynayanda biz tamamilə başqa komandaya çevrilirik. Görünüşcə uşaq kimi təsir bağışlasa da, oyunu heyranedicidir, böyük ustalıq nümayiş etdirir", – deyə Kukurelya Cadena COPE-yə müsahibəsində bildirib.
1 mənbə
