Kubinka ərazisindəki tikinti işləri və maliyyə iddiaları


5 mənbə əsasında
Bakının Kubinka kimi tanınan tarixi məhəlləsində aparılan söküntü və tikinti işləri zamanı maliyyə maxinasiyaları və qanun pozuntularının baş verdiyi iddia edilir. Məlumatlara görə, ərazidə fəaliyyət göstərən və eks-deputat Əsabil Qasımovun biznesinə daxil olan Vialon şirkəti sakinlərin əmlaklarını alarkən vergi öhdəliklərindən yayınmaq üçün müxtəlif sxemlərdən istifadə edir. İddialara əsasən, şirkət kompensasiyaları rəsmi bank hesabı vasitəsilə deyil, əmlakları fiziki şəxslərin adına rəsmiləşdirməklə həyata keçirir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
“Kubinka”da 300 milyonluq dəhşətli sxem: Əsabil Qasımovun adamları dövlətin 3 milyon vergisini necə uddu? - ŞOK iddialar
Bakının tarixi məhəllələrindən biri olan, el arasında “Kubinka” kimi tanınan ərazidə aparılan söküntü və tikinti işləri ətrafında ciddi qanun pozuntuları, maliyyə maxinasiyaları ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumatlara əsasən, ərazidə fəaliyyət göstərən tikinti şirkətinin sakinlərdən əmlakları satın alma mexanizmi həm vergi qanunvericiliyinə, həm də əmək hüququna zidd olan suallar doğurur. Məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə sözügedən torpaq sahəsi hüquqi şəxsə - eks-deputat Əsabil Qasımovun biznesinə daxil olan “Vialon” şirkətinə icarəyə verilib. Sərəncamın şərtlərinə əsasən, tikinti şirkəti ərazidəki sakinlərin əmlaklarını qarşılıqlı razılıq əsasında satın almalı və yalnız bundan sonra inşaat işlərinə başlamalıdır. Qanunvericiliyin tələbinə görə, bu proses zamanı hüquqi şəxs öz bank hesabı vasitəsilə sakinlərə kompensasiya ödənişlərini rəsmi qaydada həyata keçirməlidir. Lakin iddialara əsasən, reallıqda tamamilə fərqli bir sxem tətbiq olunur. Hüquqi şəxs vergi öhdəliklərindən yayınmaq məqsədilə sakinlərin evlərini birbaşa öz balansına deyil, özünə yaxın olan ayrı-ayrı fiziki şəxslərin adına rəsmiləşdirərək alır və söküntü işləri aparır. Bu isə qeyri-leqal vəsaitlərin dövriyyəsi və şübhəli maliyyə sxemlərinin tətbiqi ehtimalını gücləndirir. Məlumatda qeyd olunur ki, “Vialon” tikinti şirkətinin faktiki işçiləri kimi fəaliyyət göstərən şəxslər sakinlərlə razılaşma əldə etdikdən sonra əmlakları fiziki şəxs qismində öz adlarına keçirirlər. Konkret olaraq, Kənan Nazim oğlu Xəlilov və Nurlan İkram oğlu Qənbərovun adına “Kubinka” ərazisində bu günə qədər yüzlərlə daşınmaz əmlakın alındığı bildirilir. Adi fiziki şəxs kimi çıxış edən Kənan Xəlilov və Nurlan Qənbərov yüzlərlə mənzili almaq üçün milyonlarla ölçülən maliyyə vəsaitini hansı mənbədən əldə ediblər? Kənan Xəlilovu iş adamı Əsabil Qasımovla və onun tikinti şirkəti ilə hansı bağlar birləşdirir? Əgər bu şəxslər həmin tikinti şirkətinin əməkdaşlarıdırsa, on
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə