Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi


Portuqaliyalı dünya ulduzu Kristiano Ronaldo Səudiyyə Ərəbistanı Pro Liqası çərçivəsində baş tutan görüşdə növbəti qoluna imza atıb.
Milli.Az xəbər verir ki, 20 noyabr 2026-cı il tarixində "Əl-Əhli" klubu ilə üz-üzə gələn "Əl-Nəsr"in hücumçusu matçın 13-cü dəqiqəsində rəqib qapısına yol taparaq komandasını hesabda önə keçirib. Bu dəqiq zərbə Ronaldonun peşəkar futbol karyerasındakı 986-cı qolu kimi tarixə düşüb.
Qeyd edək ki, qarşılaşmanın 17-ci dəqiqəsində təcrübəli forvard penalti zərbəsini dəqiq yerinə yetirə bilməyərək dubl etmək şansını əldən verib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
