Könüllülər “Timur” xüsusi təyinatlı dəstəsinə iki avtomobil bağışlayıblar -


18-11-2026 17:05
XƏBƏR
A+ Yazını böyüt
A- Yazını kiçilt
“Ukrayna komandası”nın könüllü qərargahı döyüş tapşırıqları üçün “Timur” xüsusi təyinatlı dəstəsinin kəşfiyyatçılarına nəqliyyat vasitələri bağışlayıblar.
Herbiand.az bildirir ki, bu barədə könüllülər Facebook-da məlumat verib.
Bildirilib ki, bu qəhrəman oğlanlar Qara dənizdə və düşmən xətlərinin arxasında da daxil olmaqla çoxsaylı cəsarətli və riskli əməliyyatlar həyata keçiriblər: “İndi isə onlar işğalçılar üçün Zaporojye istiqamətində cəhənnəm yaradırlar. Nəqliyyat vasitələri kəşfiyyatçıların daha da səmərəli işləməsinə imkan verəcək”.
Əsgərlər könüllülərə yardıma görə təşəkkür ediblər.
Bəxtiyar CƏFƏRLİ
1 mənbə