“Könül Xasıyeva Faiq Ağayev, Aygün Kazımova deyil axı... Əl açıb dilənsin?” – Əli Mirəliyevdən ETİRAZ


Xalq artisti Könül Xasıyevanın pubda konsert proqramı ilə çıxış etməsi sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Xanəndənin bu cür məkanda səhnəyə çıxmasını əks etdirən görüntülərin yayılmasından sonra cəmiyyətdə fərqli fikirlər səsləndirilib. Bir qisim izləyici bunu Xalq artistinin adına və sənətkar statusuna uyğun hesab etməyərək tənqid edib, digər qisim isə sənətçinin harada çıxış etməsindən asılı olmayaraq, sənətinə və zəhmətinə hörmətlə yanaşılmalı olduğunu bildirərək ona dəstək verib.
Məsələ ətrafında yaranan müzakirələr sənət adamlarının çıxış məkanının seçimi, sənətkar statusu və maddi təminatı ilə bağlı məsələləri də yenidən gündəmə gətirib.Bəs xanəndənin pubda çıxış etməsi niyə birmənalı qarşılanmır? Sənətkarın səhnə seçiminə müdaxilə etmək nə dərəcədə doğrudur?Müğənni Əli Mirəliyev məsələ ilə bağlı Musavat.com-a danışıb:“Müğənni ancaq toyda oxumalıdır? Restoranda, pubda, kafedə oxuya bilməz? Hətta pivə verilən kiçik məkanlarda da çıxış edə bilər. Maddi vəziyyəti yaxşı deyil, imkanı yoxdur, məcbur olub gedib orada oxuyur. Bəs neyləsin? Yolçuluq etsin, əl açıb dilənsin? Axı gözəl oxuyan sənətkardır. İndi Könül Xasıyevaya irad tuturlar. Xəstə insandır, uşağı da xəstədir. Belə bir insana söz demək olarmı? O, Faiq Ağayev, Aygün Kazımova, Şəbnəm Tovuzlu və başqaları kimi deyil. Könül Xasıyeva böyük sənətkardır, çox gözəl xanəndədir. Bəlkə də başqa vaxtı kiminsə müdafiəsinə bu qədər qalxmazdım, amma Könül sənətkardır. Ona görə də onun arxasında dayanacağam. Çünki belə sənətkarlar barmaqla sayılacaq qədər az qalıb. Könül Xasıyeva da həmin sənətkarlardan biridir.Sənətkar pubda oxumağa gedirsə, deməli, hansısa ehtiyacı var və buna görə həmin məkanda çıxış edir. Mən bilmirəm, o, prezident təqaüdü alır, ya yox. Amma hər şey bahalaşıb, insanların qazancı xərclərinə çatmır. Bəs neyləsinlər?Bütün bu müğənnilər, hətta adını çəkdiyim Faiq Ağayev də daxil olmaqla, çətin vəziyyətdədirlər. Siz elə bilirsiniz ki, bunlar hər gün toylara 10-15 min manata gedirlər? Yalandır! 2-3 min manata şou-proqramlarda çıxış edirlər. Mən sizə deyirəm, özlərinə süni şəkildə qiymət qoyurlar. Guya 10 minə, 20 minə gedirlər. Camaatın ev almağa, bazarlıq etməyə, gündəlik ehtiyaclarını qarşılamağa pulu yoxdur. Siz nədən danışırsınız? Müğənnilər, bizim bakılılar demişkən, bir az da özlərini göstərmək üçün belə qiymətlər səsləndirirlər. Beş gün toy olmasa, acından ölərlər. Elə biri də mən.Məni lazım olanda çağırırlar, mən də gedirəm. Kafe tipli kiçik məkanlarda, balaca yığıncaqlarda da oxuyuram. Nə olsun ki? Ansamblla getmirəm, bir az musiqi yazdırıram, oxuyuram, əvəzində də cibimə beş-on manat qoyurlar. Bəs neyləyim? Əl açıb dilənim? Mən nə etməliyəm?”
Dərc vaxtına görə
Yenilik.azoxuduğunuz
“Könül Xasıyeva Faiq Ağayev, Aygün Kazımova deyil axı... Əl açıb dilənsin?” – Əli Mirəliyevdən ETİRAZ
