Könül Kərimova geyimlərini SATIŞA ÇIXARIR – SƏBƏB


Maqazin
18 Noyabr 2026, 13:02
2100 baxış
Əməkdar artist Könül Kərimova geyimlərini satışa çıxaracaq.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni “Qonaqcanlı” verilişində deyib.
O, şəxsi geyimlərinin satışı üçün mağaza açmaq fikrindədir:
““Könül dünyası” adlı bir yerimiz var, orada geyimlərimi satışa çıxaracağıq. Çünki neçə illərdir sənətdəyəm, bir onda baxdım ki, evdə paltar əlindən yer yoxdur. Axırı qərara gəldim ki, bu paltarlarımı satışa çıxarım. Orada köhnə paltarlarım da var, yeniləri də… Mağaza istəyirəm, çünki geyimlər hədsiz dərəcədə çoxdur. Qarderobda elə geyimlərim var ki, onları heç vaxt satmaq istəmərəm. Onlar mənim üçün çox dəyərli, qiymətli, xatirəsi olan paltarlardır. Nuraya görə saxlayacağam. Əslində, dükan işlətmək fikrimiz yoxdur. Sadəcə olaraq, paltarları satıb bitirənə qədər satışla məşğul olacağıq”.
Nehru
Dərc vaxtına görə

Demokrat.az+2 mənbə