Konte “İnter”dən ayrılmasının səbəbini açıqladı


İtaliyalı mütəxəssis Antonio Konte 2020/2021 mövsümündə çempionluq qazandıqdan sonra “İnter”dən ayrılmasının səbəbini açıqlayıb.
Sportify.az xəbər verir ki, Konte bu barədə “Cronache di Spogliatoio”ya müsahibəsində bildirib:
“Bepe Marotta və Stiven Çjan yanıma gəlib dedilər: ‘Səndən bizi yenidən qələbə yoluna qaytarmağını istəyirik. Artıq 10 ildir çempion olmuruq. İtaliyada “Yuventus”un hegemonluğuna son qoymaq və beynəlxalq arenada özümüzü göstərmək istəyirik.
Klubun məqsədi aydın idi və biz birlikdə yeni yola çıxdıq. Mənimlə işləyərkən hər zaman gördüyünüz insanı əldə edirsiniz. Müəyyən istiqamətdə irəliləmək barədə razılığa gəlmişiksə, həmin yolla da davam etməliyik.
“İnter”dən ayrıldım, çünki biz yenicə Skudetto qazanmışdıq. Bundan sonra keçirilən görüşdə mənə bildirdilər ki, klub yayda demək olar ki, istənilən futbolçunu sata bilər. Bu isə əvvəlki razılaşmamızdan fərqlənirdi”.
Dərc vaxtına görə
Sportify.azoxuduğunuz
Konte “İnter”dən ayrılmasının səbəbini açıqladı
