Koalisiya Səudiyyə Ərəbistanının qərb bölgəsini hədəf alan husilərə məxsus raketi məhv edib


Yəməndə qanuni hakimiyyətin bərpası üzrə koalisiyanın hava hücumundan müdafiə sistemləri Səudiyyə Ərəbistanının qərb bölgəsinə doğru buraxılan ballistik raketi ələ keçirərək məhv edib.
Ordu.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi məlumat yayıb.
Yəməndə qanuni hakimiyyətin bərpası üzrə koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki bazar günü bildirib ki, hava hücumundan müdafiə sistemləri husilərin Səudiyyə Ərəbistanının qərb bölgəsini hədəf alan ballistik raketini aşkar edərək məhv edib.
Sevinc Əliyeva Ordu.az
1 mənbə
Olke.az+1 mənbə