Kiyevdə iki körpüyə hücumdan sonra nəqliyyat iflic oldu


Ajans.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri “Telegram” kanalında məlumat yayıb.
Nəşrin məlumatına görə, noyabrın 17-də hər iki körpüyə endirilən zərbələrdən sonra şəhərin sol və sağ sahillərini birləşdirən digər körpülərin yaxınlığında da nəqliyyat sıxlığı müşahidə olunub.
Həmin gün Kiyev meri Vitali Kliçko zərbəyə məruz qalan Şimal körpüsündə olub. O, yayımladığı videomüraciətdə mütəxəssislərin hər iki körpüyə dəymiş ziyanın miqyasını müəyyənləşdirdiyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə körpülərə endirilən zərbələrin sayını açıqlayıb. Onun sözlərinə görə, ümumilikdə yeddi ballistik raket hücumu qeydə alınıb. Onlardan dördü Cənub, üçü isə Şimal körpüsünü hədəf alıb.