Kirkorov Puqaçova ilə yaşadığı mənzili satdı: 4 hissəyə bölündü


Məşhur müğənni Filipp Kirkorov vaxtilə Alla Puqaçova ilə birlikdə yaşadığı Zemlyanoy Val küçəsindəki mənzilini satıb.
32gun.az bildirir ki, İfaçı bu daşınmaz əmlakı 10 ildən çox idi ki, satışa çıxarmışdı. Əvvəlcə 200 milyon rubla təklif olunan mənzilin qiyməti sonradan 70 milyon rubla qədər endirilsə də, alıcı tapılmamışdı. Nəhayət, 2026-cı ilin fevralında mənzil alqı-satqısı ilə məşğul olan bir şirkət mənzili 85 milyon rubla satın alıb.
Mənzildə aparılmış qanunsuz yenidənplanlaşdırma, o cümlədən daşıyıcı divarda mərtəbələr arasında açılmış keçid səbəbindən binanın ilkin konstruksiyası bərpa edilərək sənədləşdirilib. Təmirdən sonra geniş apartamentlər üçü ikiotaqlı, biri isə üçotaqlı olmaqla dörd ayrı mənzilə bölünüb. Müasir standartlara uyğun təmir edilən həmin mənzillərdən biri artıq satılıb.
Məlumata görə, Kirkorov paralel olaraq Filippovski döngəsində yerləşən və usta Georgi Baranovski ilə məhkəmə çəkişməsinə səbəb olan ikimərtəbəli penthausunun təmiri ilə məşğuldur. Hazırda mənzildə keyfiyyətsiz mərmər konstruksiyalar sökülür və ustalar sosial şəbəkələrdə "Filipp Kirkorovun evini dağıtdıq, özü də etiraz etmədi" deyə zarafat edirlər. Təmir işlərinin sənətçinin gələn ilin aprelində qeyd olunacaq 60 illik yubileyinə qədər başa çatdırılması planlaşdırılır.
Nilay
Dərc vaxtına görə
