Kim Min-Je "Fənərbağça"ya qayıtmağa müsbət yanaşır


Almaniyanın "Bayern Münhen" (Bayern München, Bayern Munich) klubunda çıxış edən cənubi koreyalı müdafiəçi Kim Min-Je (Kim Min-jae) sabiq klubu "Fənərbağça"ya (Fenerbahçe, Fenerbahce) qayıtmağa müsbət yanaşır.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisi təcrübəli futbolçunun transferi üçün 25–30 milyon avro aralığında təzminat tələb edir.
Müdafiə xəttini gücləndirməyi planlaşdıran "Fənərbağça" rəhbərliyi qış transfer pəncərəsində sabiq futbolçusunu yenidən heyətinə qatmaq üçün şərtləri dəyərləndirir.
Qeyd edək ki, cənubi koreyalı stoper 2021/22 mövsümündə İstanbul təmsilçisinin formasını geyinmiş və azarkeşlərin böyük sevgisini qazanmışdı.