Keyndən İspaniya açıqlaması: "Özümüzə söz vermişdik ki..."


İngiltərə millisinin mərkəz hücumçusu Harri Keyn UEFA Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda İspaniyaya qarşı keçiriləcək oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, 33 yaşlı forvard noyabrın 15-də səfərdə baş tutacaq qarşılaşmada revanş almaq niyyətində olduqlarını bildirib:
"Üzərində işləməli olduğumuz məqamlar var və bazar günü qalib gəlmək istəyiriksə, oyunumuzu gücləndirməliyik. İspaniyaya 2:3 hesabı ilə uduzduqdan sonra anladıq ki, daha yaxşı oynaya bilərdik və bütün potensialımızı göstərməmişik. Həmin vaxt özümüzə söz verdik ki, ispanlarla növbəti görüşə qədər bütün matçlarda qalib gələk. İndi nəyə qadir olduğumuzu sübut etmək üçün əla fürsətimiz var".