Kərəm Həsənovun fəaliyyəti ARAŞDIRILIR

1 dəq oxu
Xəbər
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti tərəfindən əvvəlki dönəmlərdə aparılan özəlləşdirmə prosesi və bu prosesin şəffaflığı yenidən araşdırıla bilər. Söhbət 2000-ci illərin əvvəllərindən başlayan və Vətən müharibəsinə qədər davam edən dövrdən gedir. Buna səbəb bəzi obyektlərin özəlləşdirilməsi ilə bağlı lazımi şəffaflığın olmaması, yaxud bu prosesdəki mübahisəli məqamlardır.
Məsələ ondadır ki, sovet dönəmindən qalan və dəyəri milyonlarla hesablanan bəzi obyektlərin “su qiymətinə” müəyən şəxslər tərəfindən özəlləşdirilməsi həyata keçirilib ki, bu da adi məntiq və iqtisadi əsaslandırmalara ziddir. Özəlləşdirilən bu obyektlərin böyük əksəriyyəti isə sonrakı dönəmində sökülmüş, onların konsruksiyaları material, əraziləri isə torpaq sahəsi kimi satılmışdır. Bəzi hallarda həmin müəssisəsni alan şəxslər tərəfindən bu ərazilərdə göydələnlər tikilmiş, ticarət mərkəzləri inşa olunmuşdur.
Bahalı müəssisələrin ucuz qiymətə özəlləşdirilməsi, bu özəlləşdirilmədən dövlət büdcəsinə çox cüzi vəsaitin daxil olması sözügedən obyeklərin subyektiv münasibətər zəminində - dost, tanış, qohum, şəxsi maraq və s. konteksdə özəlləşdirilməsi ilə bağlı şübhələri arıtır ki, bu da təftiş ehtimalını yüksəldir..
Qeyd edək ki, qeyd olunan dövrdə Əmlak Məsələləri Xidmətinə əsasən Kərəm Həsənov rəhbərlik edib. (Gundemxebertv.com)
"DİA-AZ" xatırladır ki, yuxarıda səslənən iddialar doğrudursa, o zaman bunu Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin keçmiş sədri, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri (2019-cu ildən), 1-ci dərəcə dövlət müşaviri Kərəm Həsənovun fəaliyyətinin araşdırılması qərarı kimi də qəbul etmək olar. Çünki sözügedən fəaliyyət məhz onun rəhbərliyi və yaxud da nəzarəti altında baş verib.
Mənbə
1 mənbə



